15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-15) baş məşqçisi Gülənbər Qasımova postunu tərk edib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Mütəxəssis ilə müqaviləyə 1 iyun 2026-cı il tarixindən etibarən qarşılıqlı razılıq əsasında xitam verilib.
Təcrübəli məşqçinin U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcəyi bildirilib.


