Formula 1-də çempionatın lideri Kimi Antonelli Kanada Qran-prisində ardıcıl dördüncü qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, "Mercedes"dəki komanda yoldaşı və çempionluq uğrunda əsas rəqibi Corc Rassell mühərrikdəki nasazlıq səbəbindən 68 dövrəlik yarışın 30-cu dövrəsində mübarizəni dayandırmalı olub.
Rassell sıradan çıxdıqdan sonra 19 yaşlı italyan pilot finişə birinci çatıb.
"Ferrari"dən Lyuis Hemilton yarışı ikinci, "Red Bull"un sürücüsü Maks Ferstappen isə üçüncü sırada (mövsümdəki ilk podiumu) başa vurub.
Bu qələbə ilə Antonelli turnir cədvəlində Rassell ilə olan xal fərqini 43-ə yüksəldib.
Gənc pilot Alberto Askaridən (1952) sonra ardıcıl 4 yarış qazanan ilk italyan, həmçinin F1 tarixində karyerasındakı ilk 4 qələbəsini ard-arda qazanan ilk sürücü olub.


