UFC-nin sabiq çempionu Konor Makqreqor promouşenlə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli döyüşçü bu barədə özü məlumat verib:
"UFC ilə əla bir müqavilə bağladım. Nəhayət ki, mənə layiq olduğum dəyəri verdilər. Hazırlıq çox yaxşı gedir. İdman zalında yaşayır, nəfəs alır və orada yatırıq. Rəqibim isə artıq əvvəllər qalib gəldiyim biridir. Sonuncu döyüşümüz mənim tərəfimdən əsl döyüş sənəti, ustad dərsi olmuşdu, ona görə də bunu təkrarlamağı planlaşdırıram. İntensiv inkişafımı hamıya nümayiş etdirəcəyəm".
Qeyd edək ki, Konor 2013-cü ilin avqustunda Maks Hollueyi hakimlərin yekdil qərarı ilə məğlub edib. İrlandiyalı döyüşçü sonuncu dəfə 2021-ci ilin iyulunda oktaqona çıxıb və həmin vaxt Dastin Puaryeyə texniki nokautla uduzub.
Makqreqor iyulun 12-də, "UFC 329" turniri çərçivəsində Hollueyə qarşı keçiriləcək döyüşlə geri dönəcək.


