Futbol üzrə Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən sərrast futbolçusuna xüsusi hədiyyə təqdim olunub.
Offsideplus.az xəbər verir ki, "Sabah" klubunun hücumçusu Coy-Lens Mikels mövsüm ərzində vurduğu 19 qolla çempionatın bombardiri adını qazanıb.
31 yaşlı forvarda mükafatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov təqdim edib.
Qeyd edək ki, Mikels sərgilədiyi məhsuldar oyunla komandasının "qızıl dubl" etməsində böyük pay sahibi olub.


