"Bavariya"nın fəxri prezidenti Uli Höness komandanın ulduz hücumçusu Harri Keynin gələcəyi və "Barselona"nın futbolçuya olan marağı ilə bağlı çox kəskin və iddialı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Höness ingiltərəli hücumçunu klub tarixinin ən uğurlu transferi adlandırıb:
"Harri Keyn indiyə qədər etdiyimiz en yaxşı transferdir."
Jurnalistin "Barselona"nın Keynlə maraqlandığı barədə verdiyi suala cavab olaraq isə fəxri prezident Münxen klubunun transfer siyasətini xatırladıb:
"Bavariya" futbolçu satan yox, futbolçu alan klubdur."
Höness ulduz oyunçunun komandada qalacağını qətiyyətlə təsdiqləyərək, Kataloniya klubunun maddi durumuna da atmaca atmağı unutmayıb:
"Bəli, o, mütləq qalır. Onsuz da "Barselona"nın pulu yoxdur."


