AFFA-nın texniki direktoru Cahangir Həsənzadə vəzifəsini tərk edəcək.

Offsideplus.az xəbər verir ki, bu gün onun son iş günüdür.

Bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib:

"Kadr islahatları prioritetdir. Bir çox sahələrdə kadr dəyişikliyi baş verdi. İT-dən tutmuş təhcizata qədər bir çox sahələrdə dəyişikliklır yaşandı. Texniki direktor Cahangir Həsənzadənin bu gün vəzifədə son günüdür. Növbəti aylarda yeni texniki direktor təyin olunacaq. Başqa sahələrdə də dəyişikliklər yaşanacaq".