"Bizim üçün priotet A millidir".
Offsideplus.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun hesabat konfransında deyib.
C. Fərəcullayev bir illik fəaliyyəti dövründə etdikləri ilə bağlı məlumat verib:
"Dəyişiklikdən sonra müsbət dəyişikliklər oldu. "FIFA Series" turnirində bu keyfiyyətlərin ilk qığılcımlarını gördük. Bu qalibiyyəti şişitmək, nə də kiçiltmək niyyətimiz var. Burada ilkin addımları atdığımızı düşünürəm.
Keçən ilin fevralında klubların sayının artması və legioner limitinin aradan qaldırılması qərarları verildi. 3 bölgə klubu Premyer Liqaya yüksəldi. Azarkeşlər tərəfindən marağa səbəb olur. "Qarabağ" - "Sabah" oyununda azarkeş rekordunun qırılması təsadüf deyil. Yeni klublar üçün dəstək proqramı yaradıldı. Bu il bu məbləğ təxminən 2 milyon manat təşkil edir.
Daha bir addım hakimlik ilə bağlı atıldı. Struktur dəyişdi, Frank De Blekerə həvalə olundu. Hakimliklə bağlı qərarlar Rəhim Həsənova tapşırıldı. Çempionatımızın yaralı yeri infrastruktur problemidir. Yalnız "Karvan Yevlax"ın öz meydanına qayıdıb. "Kəpəz" və "Turan Tovuz" yeni mövsümdən .qayıdacaq. Yeni mövsümün əvvəlinə kimi Ağsu stadionu Premyer Liqa standartlarına uyğunlaşacaq. İkinci layihə "Liv Bona Dea Arena" ilə bağllıdır. Üçüncü layihə isə Bayıl stadionu ilə bağlıdır. AFFA ilk mərkəzi Bayıl kompleksində yaradacaq. Mayda təmirə ayrılacaq, uşaq və gənclər üçün istifadəyə veriləcək.
Uşaq və yeniyetmə tunirləri AFFA-nın əsas priotetinə çevrilib. Bir çox liqaların formatını dəyişdik. Aşağı liqalarda avropa nümunələrindən istifadə olundu. Kütləvi futbol layihəsi oalarqa Məktənbli Kubokunu bərpa etdik. 68 bölgədə 30 mindən çox azyaşlı fubtolçu cəlb olunub.
Kamera analiz tətbiq olunacaq. Hər bir futbolçunun şəxsi performansı analiz olunacaq və data vasitəsilə göstəriləcək. Gənc oyunçular rəqəmsal göstəricilərin təhlili əsasında aşağı yaş millilərinə futbolçu seçiləcək. Avropa skautlarının Azərbaycanlı futbolçular üçün dataya keçidi pulsuz olacaq.
Qarşıda bizi müxtəlif sahələrdə, yarışlarda çətin sınaqlar və maraqlı çağırışlar gözləyir. Əminəm ki, biz bu sınaqlardan başıuca çıxacağıq".


