Qana Futbol Federasiyası yığmanın baş məşqçi postuna Yoaxim Lövü gətirmək istəyir.
Offsideplus.az xəbər verir ki, onunla yalnız DÇ-2026 üçün müqavilə imzalanılmağı planlaşdırılır.
Tərəflər razılığa gəlməyə yaxındır.
Almaniyalı mütəxəssis ayına 150 min avro qazanacaq.
Qana yığması ötən günlərdə Otto Addo ilə yollarını ayırıb.
Qeyd edək ki, Y. Löv 2021-ci ildə Almaniya yığmasından ayrılandan sonra heç bir yerdə işləməyib. O, 2014-cü ildə "bundestim"lə dünya çempionu olub.


