UFC çempionu İliya Topuriya Gürcüstandakı çətin uşaqlığından danışdı.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı idmançı o günləri belə xatırlayıb:
"Biz Gürcüstanda yaşayırdıq, mən orada məktəbdə oxumuşam. Ölkəmizin mədəniyyətini bilən hər kəs bunun nə qədər çətin olduğundan xəbərdardır. Daim özünü müdafiə etməli olduğun vəziyyətlər yaranır. Uşaqlar nəyin doğru, nəyin səhv olduğunu bilmirlər. Özünü necə qorumalı, kimə müraciət etməli? Küçədəki münaqişələri sevmədiyim, lakin idmana aşiq olduğum üçün bu, mənim üçün çox çətin idi.
Döyüş sənəti və MMA haqqındakı stereotiplərə görə bir çox insan döyüşçülərin həmişə aqressiv olduğunu düşünə bilər. Amma məndə hər şey fərqli idi. Mən qorxduğum vəziyyətlərlə üzləşməli olurdum. Tənəffüsdə yuxarı sinif şagirdlərinin pulumu əlimdən alacağından və ya məni ələ salacaqlarından qorxurdum.
Əgər sinif yoldaşına aşiqsənsə, bu qorxu səndə natamamlıq kompleksi yaradır. Bütün bunlar daxildə kədər doğurur və sonra digər insanlar da bunu hiss edir. Sənə elə gəlir ki, zəifsən və özünü müdafiə edə bilmirsən", – deyə Topuriya bildirib.


