"Nyukasl"ın baş məşqçisi Eddi Haunun gələcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, klubun baş icraçı direktoru Devid Hopkinson azarkeşlərin etirazı ilə üzləşən baş məşqçi Eddi Hauya "soyuq" dəstək nümayiş etdirib:

Hopkinson mətbuata açıqlamasında deyib: "Onun gələcəyi ilə bağlı hər hansı mövqeyim yoxdur. Deyə biləcəyim tək şey odur ki, derbi məğlubiyyəti bizə çox ağır təsir etdi. Bu məsələyə ciddi yanaşırıq. Bu yaxınlarda Eddi ilə bir çox mövzunu, o cümlədən bu vəziyyəti müzakirə etmişik".

Qeyd edək ki, "Barselona"ya Çempionlar Liqasında 2:7 hesabı ilə biabırçı məğlubiyyətdən sonra komanda doğma meydanda əzəli rəqibi "Sanderlend"ə də (1:2) uduzub. Bu uğursuzluqlardan sonra "sağsağanlar" Premier League-də 12-ci pilləyə geriləyiblər.