İspaniya yığmasının və "Çelsi"nin müdafiəçisi Mark Kukurelya ilə jurnalist arasında maraqlı dialoq yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Barselona" yetirməsi olan futbolçu "Real Madrid"də oynamaqdansa, saçlarını kəsdirəcəyini bildirib:

– "Dünya çempionatının qalibi olsanız, saçlarınızı qırxdırarsınız?"

Kukurelya: "Xeyr, saçlarım müqəddəsdir".

– "Yaxşı, saçlarını kəsdirmək və "Real Madrid"də oynamaq arasında seçim etməli olsan, hansını seçərdin?"

Kukurelya: "O zaman saçlarımı "sıfıra" vurduraram".