Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində irəliləyib.
Offsideplus.az xəbər verir ki, yığmamız reytqində bir pillə irəliləyərək 125-dən 124-cü yerə qalxıb. Hazırda aktivimizdə 1136.67 xal var.
Xatırladaq ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirinin finalında Syerra Leone yığmasını məğlub edib.


