Yaponiya Qran-prisinin sıralama turundan sonra "həddindən artıq məyus" olduğunu bildirən dördqat dünya çempionu Maks Ferstappen, Suzuka trasındakı yarışı 8-ci pillədə başa vurduqdan sonra karyerası ilə bağlı ciddi qərarlar verə biləcəyini deyib.
Offsideplus.az xəbər verir ki, "BBC Radio 5 Live"a danışan "Red Bull"un pilotu, yeni nəsil avtomobilləri idarə etməkdən həzz almadığını və bu idman növündə yarışmağa davam etməyin mənasını sorğuladığını bildirib:
"Paddok daxilindəki hər şey haqqında düşünürəm. Şəxsi həyatımda çox xoşbəxtəm. Normalda mövsüm ərzində 24 yarış gözləyirsiniz, bu dəfə isə 22-dir. Amma bütün bunların sonunda sadəcə düşünürsən: buna dəyərmi"?
Qeyd edək ki, Ferstappen Formula 1-in yeni reqlamentinin və mühərrik erasının ən kəskin tənqidçilərindən biri hesab olunur.


