​"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola rəqib komandanın ulduzu Məhəmməd Salah haqqında səmimi və yüksək qiymətləndirici fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis misirli hücumçunun dünya futbolundakı yerini xüsusi vurğulayıb.

​Qvardiola Salahın həm statistik göstəricilərinə, həm də xarakterinə diqqət çəkib:

"O, gəlmiş-keçmiş ən yaxşı oyunçulardan biridir. Ortaya qoyduğu statistikaya və nümayiş etdirdiyi sabitliyə baxdıqda, həqiqətən də qeyri-adi bir futbolçu olduğunu görə bilərik. Eyni zamanda, o, möhtəşəm bir insandır."

​Təcrübəli məşqçi Salahın həm klubu, həm də liqa üçün əhəmiyyətini bu sözlərlə ifadə edib:

"Liverpul" və Premyer Liqa tarixinə adını qızıl hərflərlə yazdıran bir əfsanədir."

​Qeyd edək ki, Məhəmməd Salah "Liverpul" forması ilə Premyer Liqada çoxsaylı rekordları alt-üst edərək, turnir tarixinin ən məhsuldar oyunçularından birinə çevrilib.