Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün "Qarabağ" "Sabah"ı qonaq edəcək.
Offsideplus.az xəbər verir ki, bu tərəflərin cari mövsüm 3-cü dueli olacaq.
"Qarabağ" 2 oyunun heç birində qələbə qazana bilməyib - 1 heç-heçə, 1 məğlubiyyət.
Ümumiyyətlə, "bayquşlar" 5 matçdır Ağdam təmsilçisinə məğlub olmur.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab oyunu aprelin 22-də baş tutacaq.
Azərbaycan Kuboku, yarımfinal ilk oyun
3 aprel (cümə)
20:00 “Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu


