Azərbaycan U-21 yığmasının heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Rəşad Eyyubov Portuqaliya və Bolqarıstanla matçlar üçün 24 futbolçu dəvət edib.
U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində əvvəlcə Bakıda Portuqaliya ilə (27 mart), bu oyundan 4 gün sonra Plovdivdə Bolqarıstan seçməsi ilə qarşılaşacaq.
Komandamızın heyəti belədir:
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Sadiq Məmmədzadə | Difai |
| 2 | Xəyal Fərzullayev | Sumqayıt |
| 3 | Səlim Həşimov | Şamaxı |
| 4 | Emin Rüstəmov | Karvan Yevlax |
| 5 | Elgün Dünyamaliyev | Cəbrayıl |
| 6 | Raul Məmmədov | Səbail |
| 7 | Okan Təhmazlı | Zaqatala |
| 8 | Əkbər Eyubov | Mingəçevir |
| 9 | Kənan Feyziyev | Sumqayıt |
| 10 | Eşqin Əhmədov | Qəbələ |
| 11 | Rüfət Abbasov | Şamaxı |
| 12 | Nadir Orucov | Sumqayıt |
| 13 | Bilal İsmayılov | Şamaxı |
| 14 | Nuğay Rəşidov | Qəbələ |
| 15 | Emil Süleymanov | Şamaxı |
| 16 | Oruc Məmmədov | Şamaxı |
| 17 | Şahin Şahniyarov | Qəbələ |
| 18 | Edqar Ədilxanov | Şamaxı |
| 19 | Hikmət Cəbrayılzadə | Qarabağ |
| 20 | Həsən Nəzərli | Keçiörən Bələdiyəsi (Türkiyə) |
| 21 | Nahid Əliyev | Şəfa |
| 22 | Şahin İbrahimov | Sabah |
| 23 | Murad Məmmədov | Neftçi |
| 24 | Nihad Əhmədzadə | Sumqayıt |


