Ferran Torres “Barselona”dan getmək istəmir.
Offsideplus.az xəbər verir ki, “Barselona” maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Ferran Torresi satmaq variantını nəzərdən keçirsə də, futbolçu bütün təklifləri rədd edib.
Klub təkliflərə açıq olsa da, Torres komandada qalmaqda qərarlıdır və layihəyə sadiqdir.
Nəticədə, yay transfer pəncərəsində yaranan imkanlara baxmayaraq, o, şəxsi qərarı ilə “Barselona”da qalacaq.


