İspaniyanın "Real Madrid" klubunun qapıçısı Tibo Kurtuanın zədəsi ciddidir.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununda (2:1) zədələnən belçikalı qolkiperdə əzələ yırtığı aşkarlanıb. Bu səbəbdən futbolçu təqribən 1,5 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Kurtuanın mayda sıraya dönməsi proqnozlaşdırılır.


