FIFA 2026-cı il dünya çempionatının finalı ilə bağlı yeniliyi rəsmən təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, qurumun açıqlamasına görə, turnirin tarixində ilk dəfə olaraq final oyununda xüsusi fasilə (halftime) şousu təşkil olunacaq.
Məlumata əsasən, ABŞ-də keçiriləcək həlledici qarşılaşma "MetLife" stadionunda baş tutacaq və tədbir “Super Bowl” formatına bənzər şəkildə hazırlanacaq.
Şounun hazırlanmasında məşhur musiqi qrupu "Coldplay"in solisti Kris Martin də iştirak edəcək və çıxış edəcək sənətçilərin seçiminə dəstək verəcək. Bununla belə, hələlik rəsmi artist siyahısı açıqlanmayıb.
Təşkilatçılar bildiriblər ki, fasilə şousu musiqi, mədəniyyət və futbolun qlobal gücünü bir araya gətirərək azarkeşlərə indiyədək görünməmiş bir tamaşa təqdim edəcək.


