Bu gün Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə azarkeşlərlə görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, görüşdə titullu güləşçilər - Hacı Əliyev, Rəsul Çunayev, Həsrət Cəfərov və Jalə Əliyeva iştirak ediblər. İdmançılar gənc nəslə öz tövsiyələrini verərək, qazandıqları uğurların pərdəarxası məqamlarından danışıblar.

Tədbir çərçivəsində təşkil olunan maraqlı viktorinaların qaliblərinə xüsusi hədiyyələr təqdim edilib. Sonda isə imza mərasimi keçirilib; ulduz güləşçilər azarkeşlər üçün şəkil imzalayıb və xatirə fotoları çəkdiriblər.