Azərbaycan bu yay daha bir mötəbər idman tədbirinə ev sahibliyi etməyə hazırlaşır.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, , avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə iki beynəlxalq turnir təşkil olunacaq. Avqustun 27-də yeniyetmələr (U-17) arasında dünya çempionatı, növbəti iki gündə isə böyüklərin Dünya Seriyasının IV mərhələsi keçiriləcək.

Qeyd edək ki, hər iki yarış ölkəmizdə ilk dəfə təşkil olunacaq.

Onu da əlavə edək ki, paytaxtımız iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.