“Karvan-Yevlax” klubunun baş məşqçisi Füzuli Məmmədov “Zirə” ilə oyundan sonra mətbuata açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o bildirib ki, komandası meydanda yaxşı təsir bağışlayıb və rəqibdən geri qalmayıb:
“Meydançada döyüşkən komanda var idi. Rəqibdən nə istək, nə keyfiyyət, nə də taktiki baxımdan geri idik. Bəzi epizodlarda isə üstün idik. Məğlubiyyət oyunun gedişinə uyğun deyildi”.
Baş məşqçi xüsusilə oyunun sonlarında buraxılan qoldan narazı qaldığını vurğulayıb:
“Son dəqiqələrdə səhvdən qol buraxmaq məni məyus etdi. Futbolçularım ən azı bir xala layiq idi. Amma futbol səhvlər oyunudur və biz də bundan qaça bilmədik”.
Sonda rəqibi təbrik edən mütəxəssis komandasına təşəkkür edib:
“‘Zirə"ni təbrik edirəm. Öz futbolçularıma isə əzmkarlığa görə təşəkkür edirəm. Bizim üçün keçmiş olsun”


