Misli Premyer Liqasının XXV turu çərçivəsində "Karvan-Yevlax" "Zirə"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "Karvan-Yevlax" üzərində minimal hesablı qələbə qazanıb - 1:0.
Yevlax şəhər stadionundakı baş tutan qarşılaşma da yeganə qolun müəllifi qonaqların futbolçusu Anatoli Nuriyev olub.
Günün ikinci matçında "Sabah" "Sumqayıt"ı qəbul edəcək.


