"Uzun illər boyu legioner hakim gətirildi, baş məşqçi legioner gətirildi, milliyə legioner futbolçular gətirildi, amma bir dəfə milli komandanı idarə etməyə əcnəbi gətirilmədi. Bütün mövqelərə əcnəbi təyin olundu, amma əsas idarəedici adam heç vaxt əcnəbi olmadı".

Offsideplus.az xəbər verir ki, bu fikirləri Premyer Liqanın 24-cü turunun "Karvan-Yevlax"la matçından sonra (0:1) "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səsləndirib.

Təcrübəli mütəxəssis ona ünvanlanan "niyə bizdə əcnəbi məşqçilərə daha çox şans verilir" sualına cavablandırıb.