Misli Premyer Liqasının XXV turunda "Sumqayıt" səfərdə "Sabah"a 1:3 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, Masazırda baş tutan oyundan sonra Sumqayıt təmsilçisinin baş məşqçisi Saşa İliç mətbuat konfransında matç ilə bağlı fikirlərini bölüşüb: 

"İlk növbədə "Sabah"ı təbrik etmək istərdim. "Sabah" avrokuboklar və çempionluq uğrunda oynayır. Bizdən güclü komandadır və bunu qəbul edirik. Müdafiədəki səhvləri gənc olan oyunçumuzun təcrübəsizliyi ilə əlaqələndirərdim. Ümumilikdə isə müdafiədə oynayanda oyunçular ehtiyatlı olmalıdır".