“Qarabağ” klubu “BonAqua” brendi ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayıb.
Offsideplus.az xəbər verir ki, tədbirdə Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikel və "Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova iştirak ediblər.
Müqaviləyə əsasən, “BonAqua” qarşıdakı illərdə "Qarabağ"ın rəsmi su tərəfdaşı olacaq və əsas komanda başda olmaqla klubun su təminatını həyata keçirəcək.
Çıxış edən Əmrah Çəlikel keyfiyyəti ilə tanınan brendlə əməkdaşlıqdan memnunluğunu ifadə edib. Rəna Məmmədova isə ölkənin ən uğurlu klubu ilə tərəfdaşlığın idmanın inkişafına və azarkeşlərə töhfə verəcəyini vurğulayıb. Tədbirin sonunda qarşılıqlı xatirə hədiyyələri və komandanın forması təqdim olunub.
Qeyd edək ki, “Coca-Cola” şirkətinin brendi olan “BonAqua” daha öncə "Bakı 2015", "Formula 1" və Bakı Marafonu kimi iri idman tədbirlərinin su təminatçısı olub.


