Xorvatiyada təşkil olunan basketbol üzrə U-18 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan Azərbaycan bu gün Portuqaliya millisi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

U-18 3 turdan sonra 4 xalla B qrupunda 6 komanda arasında 4-cü yeri tutur.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. 3 və 4-cü yerin sahibləri isə 9-16-cı yerlər uğrunda matçlara çıxacaqlar.