Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün turnirin ikinci günüdür.

Bugünkü axşam seansında 3 güləşçimiz medal uğrunda güləşəcək.

Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal uğrunda mübarizə aparacağı halda, İsfahan Həsənov (80 kq) mundialın qızıl medalı üçün xalçaya çıxacaq.

Bu gün eyni zamanda 5 güləşçimiz də mübarizə qoşulacaq:

Təsnifat mərhələsi:

45 kq

Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)

51 kq

Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)

60 kq

Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)

71 kq

Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)

92 kq

Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)