"Los Anceles Leykers"in və "Dodcers"in həmtəsisçisi Mark Volterin maliyyə imperiyası ciddi təhlükə altındadır. 

Offsideplus.az xəbər verir ki, ABŞ federal orqanları Volterin biznes fəaliyyətini mümkün maliyyə fırıldağı şübhəsi ilə araşdırır.

Araşdırma çərçivəsində ötən ilin sentyabrında Federal Təhqiqat Bürosu (FTB) iş adamının şəxsi telefonunu və noutbukunu müsadirə edib.

İstintaq Volterin idarə etdiyi şirkətlər arasında sığorta şirkətlərindən digər qurumlara kreditlərin verilməsi və bu əlaqələrin investorlar qarşısında gizlədilməsi iddialarını araşdırır.

Xüsusilə Delaware Life sığorta şirkəti rəsmi araşdırma başlamazdan əvvəl Volterin şirkətlərinə 1 milyard dollar sərmayə yatırdığını açıqlamışdı. Lakin sonradan bu məbləğin 16 milyard dollara çatdığı məlum olub. Şirkət bu fərqi əvvəllər məlum olmayan əlaqələrin üzə çıxması ilə izah edib.