Xorvatiyada təşkil olunan basketbol üzrə U-18 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan bu gün qrup mərhələsində son oyununu keçirəcək.

Rəqib Çexiya millisidir. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

U-18 millimiz 4 turdan sonra 6 komanda arasında 6 xalla B qrupunda 4-cü yerdədir. Bütün oyunlarda qələbə qazanan Çexiya U-18 isə qrupun lideridir.

Qeyd edək ki, qrupu ilk iki yerdə bitirən komandalar 1/4 finala yüksələcək. 3 və 4-cü yeri tutan millilər isə 9-16-cı yerlər uğrunda matçlara çıxacaqlar.