Bakıda keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşçilərimiz 3 medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın ikinci günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Komandamızın heyətində İsfahan Həsənov (80 kq) finala qədər irəliləsə də, həlledici görüşdə iranlı Alireza Rezayiyə minimal fərqlə (1:2) uduzaraq gümüş medalla kifayətlənib.

Bürünc medal uğrunda mübarizə aparan Ömər Salmanov (48 kq) gürcüstanlı Giorgi Çxikvadzeyə (7:1), Orxan Həbibli (65 kq) isə hindistanlı Kunal Daqara (7:5) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Beləliklə, millimiz yarışın ikinci gününü 1 gümüş və 2 bürünc medalla başa vurub.