"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda əsas mərhələyə vəsiqə qazanan 4-cü komanda kimi düşüb.

Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu üstələyən (1:0, 2:0) paytaxt təmsilçisi ən azı Konfrans Liqasının Liqa mərhələsini təmin edib.

Avrokuboklarda 2023/24 mövsümündə debüt edən "Sabah" bu uğura beynəlxalq arenadakı 4-cü mövsümündə imza atıb. "Bayquşlar"ın hansı turnirin (ÇL, AL və ya KL) Liqa mərhələsində oynayacağı növbəti raundların nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, bunadək Azərbaycan futbolunda yalnız "Qarabağ" (12 dəfə), "Qəbələ" (2 dəfə) və "Neftçi" (1 dəfə) avrokubokların əsas/liqa mərhələsində çıxış etməyi bacarıb.