AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” turnirinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, tədbirdə BFF-nin prezidenti Tahir Süleymanov, sabiq baş məşqçi Arif Əsədov, AFFA Texniki Departamenti skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev, AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin nümayəndəsi Ceyhun Haşımov və “Neftçi” klubunun koordinatoru İslam Kərimov çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.

Mərasimin ardından U-14 və U-15 yaş qrupları üzrə I turun cütlükləri bəlli olub:

U-15 yaş qrupu

1-2 avqust / I tur

  • “Zəngəzur” FK – “Marafon” FM

  • “Qarabağ” FK – “Ulduz” FM

  • “Şəfa” FK – “Sumqayıt” FK

  • “Sabah” FK – “Neftçi” PFK

  • “Qəbələ” FK – “Dinamo” FK

  • “Zirə” PFK – EFA

U-14 yaş qrupu

3-4 avqust / I tur

  • “Qəbələ” FK – “Vətən” FM

  • “Ulduz” FA – “Qarabağ” FK

  • “Azərbaycan Qartalları” FK – “Dostluq” FK

  • “Sumqayıt” FK – “Sabah” FK

  • “Neftçi” PFK – EFA

  • “Xan” FK – “Zirə” PFK

Qeyd edək ki, avqustun 1-də Bayıl stadionunda start götürəcək turnirin açılış mərasimi və I turun mərkəzi qarşılaşması “CBC Sport” kanalı və YouTube vasitəsilə canlı yayımlanacaq.