"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verib.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun U-19 komandası ilə üz-üzə gəlib.

Görüş Zaqreb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.