PSJ klubunun ulduzu "Barselona" klubuna keçmək arzusunda olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı sol cinah müdafiəçisi Nuno Mendeş gələcək karyerası və transfer ehtimalları barədə diqqətçəkən açıqlamalar verib.
Futbolçu Kataloniya təmsilçisinə olan marağını gizlətməyərək şans yaranacağı təqdirdə bu addımı atmağa hazır olduğunu bildirib:
"Əgər nə vaxtsa PSJ-dən ayrılsam, həqiqətən qoşulmaq istədiyim klub "Barselona"dır. Onlar futbol tarixinin ən böyük və ən çox hörmət edilən klublarından biridir.
Əgər belə bir şans yaransa, düşünmədən qəbul edərəm. Hələlik PSJ-də xoşbəxtəm, amma transfer pəncərəsində nə baş verəcəyini heç vaxt bilmək olmaz — futbol proqnozlaşdırılmazdır və uşaqlıq xəyalınızı gerçəkləşdirmək fürsəti əldə edə bilərsiniz."
Qeyd edək ki, 24 yaşlı portuqaliyalı müdafiəçi avropalı nəhənglərin diqqət mərkəzində olmağa davam edir və onun bu açıqlaması İspaniya mətbuatında böyük əks-səda doğurub.



