Emiliano Martinesin "Aston Villa"dan "Yuventus"a mümkün transferi dayandırılıb.

Offsideplus.az xəbər verir ki, Turin klubu 33 yaşlı Argentina millisinin qapıçısı ilə bağlı danışıqları müvəqqəti olaraq saxlayıb.

Buna səbəb "Aston Villa"nın tələblərinin yüksək olmasıdır.

Qeyd edək ki, təcrübəli qolkiperin Birmingem təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.