UFC-nin Əbu-Dabidə keçirilən turnirində əsas döyüşdə çıxış edən özbəkistanlı Boqdan Quskov ağır məğlubiyyətdən sonra ilk dəfə danışıb.
Offsideplus.az xəbər verir ki, o, yüngül ağır çəki dərəcəsində keçmiş çempion Maqomed Ankalayevlə qarşılaşıb və beşinci raundda texniki nokautla uduzub.
Quskov sosial şəbəkədə azarkeşlərə üz tutaraq dəstəyə görə təşəkkür edib və gələcəkdə daha güclü qayıdacağını bildirib:
"Mənə inanan hər kəsdən üzr istəyirəm. O gecə mənim gecəm deyildi, amma bu yolda yanımda olan hər kəsə minnətdaram. Sözləriniz və mesajlarınız üçün təşəkkür edirəm. Bu məğlubiyyətdən dərs çıxaracağam və daha güclü qayıdacağam. Hələ hər şey bitməyib".
Qeyd edək ki, Quskov bu döyüşə beş qarşılaşmadan ibarət məğlubiyyətsiz seriya ilə çıxıb. O, əslində bu həftə Belqradda Yan Blaxoviçlə revanş döyüşünə çıxmalı idi, lakin Ankalayevlə qarşılaşmaq fürsətini qaçırmayıb və UFC-də yeddinci döyüşündə ikinci məğlubiyyətini alıb.


