Tanınmış basketbol eksperti Brayan Uindhorst NBA tarixinin ən böyük oyunçusu ilə bağlı müzakirələrə münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, o, qeyd edib ki, LeBron Ceyms nə qədər uğur qazansa da, Maykl Cordanı üstün sayanlar fikrini dəyişməyəcək.

Uindhorst bu barədə belə danışıb:

“Sizcə, Cordanı Lebrondan üstün tutanlar fikrini dəyişəcək? Məsələn, Lebron dörd fərqli komandada çempion olsa, kimsə onu birinci elan edəcək? Bu, süni mübahisədir. İnsanlar buna layiqincə dəyər vermir. Son 8 ildə 8 fərqli çempion olub, amma Lebron bundan əvvəl ardıcıl 8 dəfə finala çıxıb. Kiminsə bunu təsirli hesab etdiyini eşitmisiniz? Xeyr. Çünki mövqelər artıq seçilib və heç kim fikrini dəyişmək istəmir. Hətta Lebronun komandası mövsümü 82-0 hesabı ilə bitirib çempion olsa bile, Cordan tərəfdarları fikrindən dönməyəcək. Bu, sadəcə boş müzakirədir, gəlin başqa mövzuya keçək”.