Basketbol üzrə Avropanın ən nüfuzlu turniri olan Avroliqada yeni mövsümün tam oyun cədvəli açıqlanıb.
Offsideplus.az xəbər verir ki, 20 komandanın mübarizə aparacağı turnir 24 sentyabrda start götürəcək və müntəzəm mövsüm 16 aprelə qədər davam edəcək. Komandalar ümumilikdə 38 tur ərzində 380 oyun keçirəcəklər.
İlk turun diqqətçəkən matçları:
-
"Dubay" – "Real Madrid"
- "Beşiktaş" - "Valensiya"
-
"Barselona" – "Anadolu Efes"
-
"Baskoniya" – "Olimpiakos"
-
"Fənərbağça" – "Virtus Bolonya"
Mövsümün mühüm derbiləri və prinsipial oyunları:
-
22 oktyabr: "Anadolu Efes" – "Beşiktaş" (İstanbul derbisi) və "Partizan" – "Srvena Zvezda" (Serb derbisi)
-
12 noyabr: "Hapoel" – "Makkabi" (İsrail derbisi)
-
20 noyabr: "Olimpiakos" – "Real Madrid" (Ötən mövsümün finalının təkrarı)
-
3 dekabr: "El Klasiko" ("Real Madrid" – "Barselona")
-
11 dekabr: "Panatinaikos" – "Olimpiakos" (Yunan derbisi)
- 22 dekabr: "Beşiktaş" - "Fənərbağça" (İstanbul derbisi)
Mərhələlərin tarixləri: İlk 6 komanda birbaşa pley-offa vəsiqə qazanacaq, 7-10-cu yerləri tutanlar isə 20-23 apreldə "Play-In"də mübarizə aparacaq. Pley-off seriyası 27 aprel – 12 may tarixlərində keçiriləcək. Çempion isə 28-30 may tarixlərində baş tutacaq "Final Dördlüyü"ndə müəyyənləşəcək.


