"Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını Belçikada davam etdirəcək.

O, "Leuven" klubuna transfer olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qarabağ"da iki mövsüm keçirən Addai burada 88 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.