"LANDAU Lions" yeni mövsüm öncəsi heyətini qorumağa davam edir.
Offsideplus.az xəbər verir ki, onlar bu dəfə Azərbaycan yığmasının Saadettin Donat ilə daha 1 mövsümlük müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şirlər" buna qədər Ceyms Freyzer ilə 2, Orelik Gediminas, De Ondre Ceksonla isə daha 1 mövsümlük müqavilə imzalayıb.
Komanda Çempionlar Liqasına hazırlıq məqsədi ilə avqust ayının ilk həftəsində bir araya gələcək.


