Zinəddin Zidan rəsmən Fransa milli komandasının baş məşqçisi təyin olunub.
Offsideplus.az xəbər verir ki, o, 54 yaşlı mütəxəssis yığma ilə 4 illik müqavilə bağlayıb.
Onun məşqçilər korpusunda David Bettoni, Hamidu Msaidie, Qreqori Düpon, eləcə də Fransa millisində birge çıxış etdiyi Fabyen Bartez və Bernar Diomed yer alacaqlar.
Zidan futbolçu kimi Fransa ilə DÇ-1998 və Avro-2000-in qalibi olub. Məşqçi kimi isə "Real Madrid"lə üst-üstə 3 dəfə Çempionlar Liqası daxil olmaqla ümumilikdə 11 kubok qazanıb.
Qeyd edək ki, 14 il millini çalışdıran və DÇ-2018-də çempionluq yaşayan Didye Deşam, komandanın 4-cü yeri tutduğu DÇ-2026-dan sonra postunu tərk edib.


