UFC-nin sabiq iki çəki dərəcəsində çempionu Konor Makqreqor karyerasının son döyüşünü 2027-ci ildə keçirəcəyini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, irlandiyalı ulduz bu qərarı dizindən aldığı ağır zədədən sonra verib.

Makqreqor sosial şəbəkədə paylaşımında bunları qeyd edib: "Əsrin döyüşü olmalı idi, amma indi bu, yenidən başlamağa çevrildi. 2027-ci il Beynəlxalq Döyüş Həftəsi. Son rəqs. Ağ-narıncı-yaşıl maşın yenidən iş başında olacaq. Gecikdiyim üçün üzr istəyirəm, amma quru buz oktaqonun örtüyünü sürüşkən etmişdi. Bu, heç-heçə oldu. Gələn il 100 faiz görüşəcəyik".

Qeyd edək ki, Makqreqor Maks Holloueylə döyüşün ilk saniyələrində zərbə vurmağa çalışarkən dizinin çarpaz bağlarını qoparıb və meniskinə zərər yetirib.

UFC prezidenti Dana Uayt bildirib ki, Makqreqor bu zədə səbəbindən bir il döyüşlərdən kənarda qalacaq.