Almaniya millisinin idman direktoru Rudi Föller Argentina yığmasının nümayiş etdirdiyi futbol üslubunu bəyənmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Lionel Skaloni rəhbərliyi altında Argentina komandası 2026 Dünya Çempionatının finalına yüksəlib və İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Almaniya isə 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında (1:1, 3:4) məğlub olaraq turniri tərk edib.

"Almaniya daha yaxşı müdafiə etməlidir. Bir çoxları Argentinanı nümunə göstərirdi. Amma mən bunun yaxşı nümunə olduğunu düşünmürəm. Birdən-birə argentinalılar ideal sayılır. Bu, bir qədər riyakarlıqdır. Mən Argentina kimi oynayan komanda istəmirəm. Bu, futbolla heç bir əlaqəsi olmayan üslubdur. Bəli, onlar son dünya çempionu idilər və bu turnirdə də finala çıxdılar. Amma insanların bu komandaya niyə bu qədər tərif dediyini başa düşmürəm", – deyə Rudi Föller vurğulayıb.