İngiltərə milli komandasının təcrübəli müdafiəçisi Con Stouns karyerasını İtaliya А Seriyasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, futbolçu ilə "İnter" klubu arasında müqavilə şərtləri üzrə tam razılıq əldə olunub.
Əldə olunan razılaşmanın təfərrüatları:
- 32 yaşlı müdafiəçi Milan təmsilçisi ilə 2028-ci ilin iyun ayına qədər müqavilə bağlayacaq.
- Müqavilədə müddətin daha bir mövsüm uzadılması opsiyası yer almayıb.
- Stounsun mövsümlük xalis məvacibi təxminən 4 milyon avro təşkil edəcək.
"Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan Con Stouns yaxın vaxtlarda Milanda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacaq.


