UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev İan Maçado Qarriyə qarşı keçirəcəyi titul müdafiəsi döyüşü barədə danışıb.
Offsideplus.az xəbər verir ki, hazırlıqlarını Nyu-Cersidə Habib Nurmagomedov və komandası ilə birgə davam etdirən Maxaçev rəqibinin döyüş üslubunu tam analiz etdiyini bildirib:
"Qarri həddindən artıq çox qaçır, onun planını yaxşı bilirəm. Məqsədim onu yaxalayıb yerə salmaqdır. Rəqibimin məşq yoldaşlarından biri Çarlz Oliveyradır. Çarlz ona tez təslim olmağı öyrədəcək, vəssalam".
İrlandiyalı döyüşçü ilə qarşılaşmanın onun üçün şəxsi prinsip daşımadığını vurğulayan çempion əlavə edib:
"Bu, sadəcə növbəti rəqibdir. Amma irlandiyalı döyüşçülərlə komandamız arasındakı hesab 2:0-dır, tezliklə 3:0 olacaq. UFC 330-da kəmərimi uğurla qoruyacağıma inanıram".


