Luis Dias "Əl-Hilal"la prinsipial razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan təmsilçisi kolumbiyalı ulduz futbolçuya vergisiz olmaqla mövcud maaşından iki dəfə artıq məbləğ təklif edir.

Lakin əsas maneə "Bayern Münhen"in Diası satmaq istəməməsidir.

"Əl-Hilal" 70 milyon avro + bonuslardan ibarət təklifə cavab vermək üçün Münhen klubuna 24 saat vaxt tanıyıb.

Dias ötən ilin yayından Almaniya nəhəngində çıxış edir. O, burada 51 oyuna 26 qol vurmağı bacarıb.