“Sabah” FK hücumçusu Aron Maluda ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı fransasız futbolçu karyerasını İsveçrə təmsilçisi “Bazel” klubunda davam etdirəcək.
Bu barədə Paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən ilin sentyabr ayından “Sabah”ın şərəfini qoruyan gənc hücumçu komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 dəfə fərqlənməyi bacarıb.
Azərbaycan klubu gənc futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.


