“Növbəti yarışlarda bundan da yaxşı nəticələr göstərəcəyəm”.

Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı deyib.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bakıda təşkil olunan U-17 dünya çempionatındakı çıxışını dəyərləndirib:

"Finalda uduzduğum üçün təəssüf hissi keçirirəm. Ancaq hər şey daha yaxşı olacaq. Çünki gələcəyim hələ qabaqdadır. Ruhdan düşmək olmaz. İnşallah dağa çox çalışaraq böyük arenalarda öz sözümü deyəcəyəm. Fasilədən sonra səhvə yol verdim. Bu dünya çempionatında mənə ümidlər böyük idi. Amma dediyim kimi, həvəsdən düşməyəcəm.Əsas odur ki, turniri medalsız başa vurmadım”.

Qeyd edək ki, Əli Cavadlı finalda ABŞ-li Raylen Vaksa uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.