Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti uğurlara imza atıblar.
Offsideplus.az xəbər verir ki, yarışda mübarizə aparan təmsilçilərimizdən Əli Cavadlı (45 kq) və Abdurrahman Hüseynli (51 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Əli Cavadlı həlledici görüşdə ABŞ təmsilçisi Raylen Vaksa, Abdurrahman Hüseynli isə finalda özbəkistanlı Bunyod Hasanova məğlub olaraq mundialın gümüş medalına sahib çıxıblar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanmışdılar.


